Modern.az

DİN-dən tələbələrin davası ilə bağlı AÇIQLAMA

DİN-dən tələbələrin davası ilə bağlı AÇIQLAMA

1 Dekabr 2022, 22:04

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə tələbələr arasında baş vermiş kütləvi dava ilə bağlı açıqlama yayıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib. Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb.

 

"Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir".

 

Qeyd edilib ki, aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi