Yaponiya və İspaniya yığmaları dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Modern.az xəbər verir ki, hər iki komanda E qrupunun son turunda üz-üzə gəlib.
Qarşılaşma Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olublar. 4 xalı olan Avropa komandası isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.
***
00:20
Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.
Modern.az xəbər verir ki, 53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1.
***
00:06
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.
***
23:18
Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk qol vurulub.
Modern.az xəbər verir ki, 12-ci dəqiqədə Avropa təmsilçisindən Alvaro Morata hesabı açıb.
***
23:05
Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyunu başlayıb.
Modern.az xəbər verir ki , qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Yaponiya və İspaniya yığmalarının start heyətləri aşağıdakı kimidir:
Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo
İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, Niko Uilyams