Modern.az

SENSASİYA: Almaniya qrupda qaldı - YENİLƏNİB 

SENSASİYA: Almaniya qrupda qaldı - YENİLƏNİB 

2 Dekabr 2022, 00:59

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisi E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb.

 

Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

 

Belə ki, bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 2 xala sahib Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

 

***

00:43

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 5-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, Almaniya 85-ci dəqiqədə Kay Havertsin qolu ilə hesabda önə keçib - 3:2.

 

***

00:36

Dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

 

Modern az xəbər verir ki, Almaniya ​​73-cü dəqiqədə tarazlığı bərpa edib. 

 

***

00:28

Dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, 70-ci dəqiqədə Mərkəzi Amerika təmsilçisindən Xuan Pablo Varqas komandasını önə çıxarıb - 2:1.

 

***

00:20

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, Mərkəzi Amerika təmsilçisi Yeltsin Texedanın 58-ci dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

 

***

23:20

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, 10-cu dəqiqədə Serj Qnabri Almaniyanı önə keçirib.

 

***

23:08

Dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayıblar:

 

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

 

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir