Bayden Putinlə danışıqlar üçün şərtini AÇIQLADI 

Bayden Putinlə danışıqlar üçün şərtini AÇIQLADI 

2 Dekabr 2022, 00:32

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında danışıb.

 

Bayden Ukraynada müharibəyə son qoymağa qərar verəcəyi təqdirdə Putinlə danışıqlara hazır olduğunu bəyan edib. ABŞ Prezidenti qeyd edib ki, onun Rusiya Prezidenti ilə təmasları yalnız NATO ilə məsləhətləşmələr əsasında baş tuta bilər.

 

“Mənim yaxın gələcəkdə Putinlə əlaqə saxlamaq fikrim yoxdur. Mən sözlərimi çox diqqətlə seçəcəyəm: əgər Putin həqiqətən müharibəni bitirmək üçün bir yol tapmaqda maraqlıdırsa, onunla danışmağa hazıram. O, hələ bunu etməyib", - deyə ABŞ lideri vurğulayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı