Modern.az

“Yaxın vaxtlarda əfv sərəncamı gözlənilmir” - AÇIQLAMA

“Yaxın vaxtlarda əfv sərəncamı gözlənilmir” - AÇIQLAMA

3 May 2013, 15:32
Deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə göndərdiyi amnistiya aktı layihəsi və onun prosedur qaydaları ilə bağlı Modern.az-a ətraflı açıqlama verib. 

Deputat amnistiya aktı ilə bağlı bəzi hüquqşünasların mətbuatda verdiyi şərhlərə də münasibət bildirib. Millət vəkilinin sözlərinə görə, bir çox hüquqşünaslar bu istiqamətdə məntiqə sığmayan açıqlamalar verərək, ictimaiyyəti çaşdırmağa çalışırlar.   

Ç.Qənizədənin sözlərinə görə, amnistiya aktı birbaşa Ədliyyə Nazirliyinin statistikası əsasında hazırlanır. 
“Məntiqə və fakta sığmayan ifadələr işlədirlər. Onların içərisində hüququ yaxşı bilənlər də var, bunu isə sadəcə olaraq başa düşə bilmirəm. Onlar ən azı dərk eləməlidirlər ki, qanun layihəsi hazırlanmadan öncə, həmin aktda 9 min nəfər yazılırsa, deməli bu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin statistik rəqəmələri əsasında hazırlanıb. Mən bu proseslərin içərisindəyəm. Başqa deyilənlərin heç bir məntiqi əsası yoxdur. Bu humanist addımdır, hansısa kölgə salmaq lazım deyil. Kimsə sənə humanizm baxımından nəsə bəxş edirsə, onun azlığına-çoxluğuna baxmadan qiymər vermək də düzgün deyil. Ataların bir misalı var: “Bəy verən atın dişinə baxmazlar”. Mehriban xanımın bu addımını yüksək qiymətləndiririk”-deyə deputat vurğulayıb.  

Əfv fərmanının nə zaman imzalanacağına gəlincə, millət vəkili bunun yaxın zamanlardan olmayacağını deyib:  
“Bu prezidentin kostitusion hüququdur. Mən belə hesab edirəm ki, Amnistiya aktı qəbul ediləcəksə, yaxın vaxtlarda əfv sərəncamını gözləməyə dəyməz. Onsuz da cənab prezident ildə bir neçə dəfə əfv sərəncamı imzalayır”.  

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva Milli Məclisə amnistiya aktı layihəsi təqdim edib. Amnistiyanın 9 min nəfərə şamil edilməsi, 2 min nəfərin isə azadlığa buraxılması nəzərdə tutulur. Layihə mayın 7-də Milli Məclisdə müzakirə olunacaq.  

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...