Modern.az

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

2 Dekabr 2022, 08:50

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar siyahısına daha üç nəfəri daxil edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hakim Koreya Əmək Partiyasının nümayəndələri olan həmin şəxslər Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramına dəstək veriblər.

 

"Sanksiyalar Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını inkişaf etdirmək imkanlarına zərbə vurmaq üçün nəzərdə tutulub”, - məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir