Türkiyə 43 miqrantın həyatını xilas etdi

Türkiyə 43 miqrantın həyatını xilas etdi

Dünya

2 Dekabr 2022, 09:08

Türkiyənin sahil-mühafizə xidməti Egey dənizində keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 43 miqrantın həyatını qurtarıb.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Seferihisar rayonu sahillərində baş verib.

Belə ki, Yunanıstan tərəfindən köməksiz şəkildə tərk edilən və Türkiyə sularına doğru sürüklənən 2 rezin qayıq Egey dənizinin şərq sahillərinə çıxarılıb.

Bildirilib ki, miqrantlara ilkin yardım göstərilib və zəruri ehtiyacları ödənilib.

Daha sonra onlar miqrasiya idarəsinə aparılıblar. Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq