Modern.az

“Harada korrupsiya var, ora yoxlanılır” – Naxçıvanın deputatı

“Harada korrupsiya var, ora yoxlanılır” – Naxçıvanın deputatı

2 Dekabr 2022, 12:42

“Naxçıvan bizim üçün həssas bölgədir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əslən Naxçıvandan olan deputat Siyavuş Novruzov Muxtar Respublika ətrafında cərəyan edən hadisələrə münasibət bildirərkən deyib.

 

“Ermənilərin və digərlərinin öyrətdikləri gəlib Naxçıvan haqqında danışır. Digər rayonlarda da əməliyyat işləri aparılır, tutulanlar olur. Böyütməyə ehtiyac yoxdur. Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq mühafizə orqanları digər rayonlarda da yoxlanışlar edir, Naxçıvanda da nazirliklər yoxlanıldı. Ölkədə korrupsiya harada varsa, orada yoxlanışlar olur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xaiş edirəm ki, bu mövzuya həssalıqla yanaşılsın”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvandakı digər qurumların da ləğv olunması gözlənilir. Hətta bəzi ekspertlər Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunması məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir