Modern.az

İsmət Abasov Belarus səfirini qəbul edib

İsmət Abasov Belarus səfirini qəbul edib

3 May 2013, 17:51

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Paskeviçlə görüşüb. Görüş Belarus təcrübəsindən istifadə etməklə Azərbaycanda südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılması və eyni zamanda Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeddinci iclas prokolunun müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirəsi olub.

Nazir İsmət Abasov bildirib ki, respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, “Aqrolizinq” ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalı ilbəil artır. Heyvandarlıq sahəsində Belarus təcrübəsindən istifadə etməklə ölkəmizdə yaradılması nəzərdə tutulan heyvandarlıq kompleksi bu sahənin inkişafına öz töhfəsini verəcək.

Görüşdə bu təsərrüfatın yaradılması istiqamətində nəzərdə tutulan məsələlərin müzakirə edilməsi məqsədi ilə kənd təsərrüfatı nazirliyinin mütəxəssislərinin 2012-ci ildə Belarusa, Belarus kənd təsərrüfatı nazirliyinin mütəxəssislərinin 2013-cü ildə Azərbaycana səfərlərinin nəticələri müzakirə olunub.

Səfir əbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.



Modern.az
 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...