Modern.az

Nazirlərin təxirə salınan görüşü Türkiyədə keçiriləcək

Nazirlərin təxirə salınan görüşü Türkiyədə keçiriləcək

3 May 2013, 20:56

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin yenidən görüşü keçiriləcək. Modern.az-ın türk KİV-lərinə istinadən verdiyi məlumata görə, nazirlərin görüşü bu dəfə Türkiyədə baş tutacaq.

Görüşün tarixi isə hələlik rəsmi olaraq açıqlanmayıb.

Nazirlərin üçtərəfli toplantısında bundan öncə Urmiya və Naxçıvanda keçirilən görüşlərdə razılaşdırılan qərarların müzakirə olunacağı gözlənilir.

Türkiyədə keçirilməsi planlaşdırılan görüşdə xarici işlər naziri Əhməd Davudoğlunun Elmar Məmmədyarov və Əli Əkbər Salehi ilə ikitərəfli danışıqlar keçirəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin ötən ilin noyabr ayına planlaşdırılan Ərzurum görüşü gərgin iş rejimi ilə əlaqədar təxirə salınmışdı.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...