Modern.az

Bakıda polislə hərbçi arasında dava düşdü - VİDEO

Bakıda polislə hərbçi arasında dava düşdü - VİDEO

3 May 2013, 21:08


Bu gün axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində polis əməkdaşları ilə yerli sakinlər arasında kütləvi dava olub. Modern.az-ın məlumatına görə, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında piyada keçidindən keçmədiyi üçün polis əməkdaşı qaydanı pozan əsgəri saxlayıb. Hərbçiyə qarşı protokol tətbiq etmək istəyən polislə əsgər arasında dava düşüb. Hadisə yerində olan sakinlər davaya müdaxilə etdiyindən qarşıdurma daha da böyüyüb. Ərazisə əlavə polis qüvvələri cəlb olunub.

Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər saxlanılanaraq Nərimanov rayon polis idarəsinin ərazi üzrə polis bölməsinə aparılıb.

Faktla bağlı hələlik rəsmi məlumat verilməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...