Modern.az

Braziliya uduzsa da, qrup lideri oldu - YENİLƏNİB

Braziliya uduzsa da, qrup lideri oldu - YENİLƏNİB

İdman

3 Dekabr 2022, 00:59

Braziliya millisi dünya çempionatının G qrupunu ilk pillədə tamamlayıb.

 

Modern.az xəbər verir ki, komanda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup liderliyini qoruyub.

 

Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala yüksəlib. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Kamerun seçməsi 4 xalla 3-cü yeri tutaraq, dünya çempionatında mübarizəni dayandırıb.

 

***

00:55

 

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Afrika təmsilçisi 90+2-ci dəqiqədə Vensan Abubakarın qolu ilə hesabda önə keçib.

 

***

23:01

Dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

22:14

 

Dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:

 

Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar

 

Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı