Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Modern.az xəbər verir ki, günün yaganə oyununda "Neftçi" klubu "Qarabağ"ı qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşma Ağdam komandasının 4:0 hesablı qələbəsi ilə bitib.
"Qarabağ"ın qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq dubl edib.
Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Qarabağ” komandası birinci pillədə qərarlaşıb, "Neftçi" isə 32 xalla üçüncü sıradadır.