Modern.az

“Neftçi” həmişə “Neftçi”dir - Qurban Qurbanov

“Neftçi” həmişə “Neftçi”dir - Qurban Qurbanov

İdman

2 Dekabr 2022, 23:50

“Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

“Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm” - dey baş məşqçi bildirib.

 

Mütəxəssis bu gün komandasının "Neftçi"dən yaxşı çıxış etdiyini söyləyib: “Əvvəlki matçlarda istifadə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı