Modern.az

Nazirlik turizm obyektlərində monitorinq aparacaq

Nazirlik turizm obyektlərində monitorinq aparacaq

4 May 2013, 09:57

May ayının sonunda turizm obyektlərinin monitorinqinə başlanılacaq. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a bildirib ki, istirahət mövsümü hələ başlamadığından monitorinqlərə də başlanılmayıb:

“Nazir Əbülfəz Qarayev bu yaxınlarda bununla bağlı öz fikrini bildirib. O söyləyib ki, bu il Azərbaycana gələn turistlərin sayında 8-10 faiz artım olacağı proqnozlaşdırır. Amma hələ ki, istirahət mövsümü başlamadığından turistlərin sayı ilə bağlı nə isə demək tezdir. Elə bu səbəbdən də monitorinqlərə hələ başlanılmayıb. Monitorinqlər may ayının sonunda başlanılacaq. O zaman monitorinqlərin keçirilməsi ilə bağlı elan veririk. Bölgələrdə fərdi evlərə lisenziya verilməsi məsələsi isə yenidir. Ona görə də fərdi evlərə lisenziyanın verilməsindən deyil onlar üçün şərait yaradılmasından danışmaq lazımdır”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...