Modern.az

Sabah da yağış, qar yağacaq - PROQNOZ

Sabah da yağış, qar yağacaq - PROQNOZ

3 Dekabr 2022, 12:38

Azərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?