Sabah Azərbaycanda növbəti sınaq imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlığı üçün təşkil olunan sabahki sınaq imtahanlarının respublikanın 31 şəhər və rayonunda keçirilməsi planlaşdırılır.
Sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.
Qeyd edək ki, təkrar sınaq imtahanı isə mayın 12-də keçiriləcək.
Sınaq imtahanlarının cədvəli və boş oturacaq yerlərinin sayı:
Tarix və saat | Bina | Ünvan | Azərb. bölməsi | Rus bölməsi |
12.05.2013 9:00 | Yasamal rayonu 52 N-li orta məktəb | Bakı şəhəri, Şərifzadə küçəsi, 207 | 0 | 4 |
12.05.2013 14:00 | Yasamal rayonu 52 N-li orta məktəb | Bakı şəhəri, Şərifzadə küçəsi, 207 | 18 | 6 |
12.05.2013 9:00 | Nəsimi rayonu 42 N-li orta məktəb | Bakı şəhəri, Mir-Qasımov küçəsi, 6 | 90 | 28 |
12.05.2013 14:00 | Nəsimi rayonu 42 N-li orta məktəb | Bakı şəhəri, Mir-Qasımov küçəsi, 6 | 90 | 28 |
12.05.2013 14:00 | Nizami rayonu 210 N-li məktəb | Bakı şəhəri, Q.Qarayev prospekti, 73b | 6 | 0 |
12.05.2013 10:00 | Gəncə şəhəri 23 N-li orta məktəb | Gəncə, Ozan küçəsi, 106 | 206 | 23 |
12.05.2013 12:00 | Ağcabədi rayonu 3 saylı şəhər məktəb- liseyi | Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 1 | 229 | 2 |
12.05.2013 12:00 | Göyçay şəhəri 1 N-li orta məktəb | Göyçay şəhəri, N.Nərimanov küçəsi, 17 | 406 | 5 |
12.05.2013 11:00 | Şirvan şəhəri 10 N-li orta məktəb | Şirvan şəhəri, S.Vurğun küçəsi, 1 | 507 | 13 |