Modern.az

Şoyqu Minskə getdi - Nazirlər sənəd imzaladılar

Şoyqu Minskə getdi - Nazirlər sənəd imzaladılar

Dünya

3 Dekabr 2022, 19:40

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minsk şəhərində belaruslu həmkarı Viktor Xrenin ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

 

Danışıqlar zamanı nazirlər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

 

Nazirlər, həmçinin hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair saziş protokolunu imzalayıblar.

 

“Belarus Respublikası bizim etibarlı tərəfdaşımız olub və olaraq qalır. Bu, kollektiv Qərbin misli görünməmiş təzyiqləri və ölkələrimizə qarşı elan edilməmiş müharibə şəraitində bu gün xüsusilə vacibdir”, - rusiyalı nazir həmkarı ilə danışıqlar zamanı bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu