Modern.az

“Laçın dəhlizi”ndəki “tıxac” Qarabağ separatçılarını qorxutdu - ŞƏRH

“Laçın dəhlizi”ndəki “tıxac” Qarabağ separatçılarını qorxutdu - ŞƏRH

Analitika

4 Dekabr 2022, 00:09

“Ermənilər anlayırlar ki, gün gələcək və Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq”.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu dekabrın 3-də “Laçın dəhlizi”nin Şuşa şəhəri yaxınlığından keçən hissəsində yaşanan “tıxac”dan danışarkən deyib.

“Bu gün yolun təxminən 3 saat bağlı qalması və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə orada danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi”, - E.Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar.

“Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu gün baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları sual budur: “Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq, yoxsa buna imkan verməyəcək və Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklər?”.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi az qala hər gün Rusiyanın Qarabağdakı sülhməramlıların komandanlığına etiraz bəyanatı ünvanlayır. Belə olan halda Rusiya sülhməramlı kontingentinin komandanlığının iki seçimi var: ya Azərbaycan qanunlarına ziddi olaraq toponimləri erməni adlarıyla yazmaqda davam edəcəklər və bu, süni şəkildə Azərbaycanla münasibətlərin gərginləşməsinin davamı demək olacaq, ya da bir nöqtədə tərslikdən əl çəkməyə üstünlük verəcəklər.

“Rusiya tərəfi belə bir hiyləgər gediş də edə bilər, toponimləri defislə həm erməni, həm də Azərbaycan versiyasını yaza bilərlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı