Modern.az

Ronaldo ən zəif futbolçular sırasında

Ronaldo ən zəif futbolçular sırasında

İdman

4 Dekabr 2022, 09:42

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.

 

Modern.az “SofaScore” portalına istinadən xəbər verir ki, ən zəif nəticə göstərən futbolçuların təmsil olunduğu heyətdə qapıçı – Meşal Barşim (Qətər), müdafiəçilər – Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər – Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular – Almoez Ali (Qətər) və Kriştiano Ronaldo yer alıblar.

 

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatı Ronaldonun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin səkkizdəbir final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı