Modern.az

Ronaldo və baş məşqçi arasında qalmaqal

Ronaldo və baş məşqçi arasında qalmaqal

4 Dekabr 2022, 17:43

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ilə baş məşqçi Fernandu Santuş arasında gərginlik yaranıb.

 

Modern.az xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin ulduz oyunçunu Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin hər 3 matçında əvəzləməsi səbəb olub. 37 yaşlı hücumçu maksimum dərəcədə çox şans qazanmaq istəyir.

 

İddiaya görə, məsələ Portuqaliya Futbol Federasiyasının nəzarətinə götürülüb. Qurum mundial dövründə komanda daxilində sabitliyin pozulmasını istəmir.

 

Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi