Modern.az

Fransa 1/4 finalda - YENİLƏNİB

Fransa 1/4 finalda - YENİLƏNİB

Aktual

4 Dekabr 2022, 20:58

Fransa milli komandası futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verri ki, Fransa yığması Polşa millisini 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Fransa növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.

 

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin üçüncü qol vurulub.

 

Modern.az xəbərverir, Kilian Mbappe 90+1-ci dəqiqədə özünün 2-ci, fransızların isə 3-cü qolunu vurub.

 

***

20:33

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda 2-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, Kilian Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb.

 

***

19:47

Dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Olivye Jiru 44-cü dəqiqədə Fransanı önə çıxarıb.

 

***

19:05

Dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

***

18:20

 

DÇ-2022-nin 1/8 final oyunu üçün Fransa və Polşa millilərinin start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, “xoruzlar”ın start 11-liyində Huqo Lloris, Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabio, Antuan Qrizman, Usman Dembele, Kilian Mbappe, Olivye Jiru yer alıb.

 

Polşa komandası isə Voyçex Şçensni, Bartoş Bereşinski, Yakub Kiver, Kamil Qlik, Metti Keş, Pşemıslov Frankovski, Sebastyan Şimanski, Qjeqoj Krıxovyak, Pyotr Zelinski, Yakub Kaminski, Robert Levandovski ilə mübarizəyə başlayacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü