ABŞ-dan Çin və İrandakı etirazlara DƏSTƏK

ABŞ-dan Çin və İrandakı etirazlara DƏSTƏK

4 Dekabr 2022, 21:09

Bayden administrasiyası Çində koronavirus qadağalarına qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

Blinken Ağ Evin bütün dünyada dinc etirazlarda iştirak edən nümayişçiləri dəstəklədiyini qeyd edib.

 

“Əlbəttə, biz dəstəkləyirik... İstər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini bildirmək, məyusluqlarını ifadə etmək hüququnu dəstəkləyirik”, - deyə o bildirib.

 

Dövlət katibi qeyd edib ki, insan haqları və vətəndaş azadlıqları Amerika siyasətinin “əsasını təşkil edir”.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şahramanyan tutuldu-Araiki ÖMÜRLÜK həbs cəzası gözləyir