Modern.az

Rusiyanın daha bir helikopteri vuruldu

Rusiyanın daha bir helikopteri vuruldu

4 Dekabr 2022, 21:58

Ukrayna ordusu bu gün Rusiyanın daha bir Ka-52 helikopterini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

"Bu gün saat 14:00 radələrində "Vostok" Hərbi Hava Komandanlığının Dneprovsk zenit-raket briqadasının bölməsi düşmənin Ka-52 helikopterini vurub" , - deyə açıqlamada bildirilib.

 

Bu günə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri Rusiyanın 263 helikopterini məhv edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır