Modern.az

Bakı-Quba yolunda hərəkət bərpa olundu - YENİLƏNİB

Bakı-Quba yolunda hərəkət bərpa olundu - YENİLƏNİB

Aktual

4 Dekabr 2022, 23:40

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

***

22:20

 

Dekabrın 4-ü axşam saatlarında Bakı-Quba yolunda uzun məsafəli tıxac yaranıb.

 

Modern.az xəbər verir ki, avtomagistralın Xızı rayonu ərazisindən keçən hissəsində müşahidə olunan tıxac üç saata yaxındır davam edir.

 

Yolun bu hissəsində avtomobillərin sürəti saatda 5 kilometrədək aşağı düşüb. Bu səbəbdən yaranan tıxac 15 kilometrə yaxın məsafədə uzanır.

 

Yolda qalan sürücülərin bildirdiyinə görə, tıxac yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən yaranıb.

 

Hazırda Dövlət Yol Polisi əməkdaşları hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görürlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir