Modern.az

İctimai Palata ləğv olunur?- AÇIQLAMA

İctimai Palata ləğv olunur?- AÇIQLAMA

Təhsil

4 May 2013, 13:30


“İctimai Palatanın buraxılması barədə öncədən heç nə demək olmaz. Ancaq Milli Şura yaradılarsa, daha geniş tərkibli və strateji birlik olar”.

Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının cəbhəçi üzvü Fuad Qəhrəmanlı aparıcı müxalifət qurumunun ləğv edilməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

AXCP sədrinin müavini onu da əlavə edib ki, İctimai Palatanın taleyi haqqında  adıçəkilən qurumda təmsil olunan partiyaların müzakirəsindən sonra qərar verilə bilər. “Bir tərəfin və ya təşkilatın baxışları ilə İctimai Palata ilə bağlı məsələni həll etmək olmaz. Yəqin ki, Milli Şura İctimai Palata çərçivəsində yaradılacaq və müzakirə bu istiqamətdə olacaq. Bundan sonra müvafiq qərar veriləcək”.

Xatırladaq ki, İP Koordinasiya Şurasının digər üzvü Pənah Hüseyn mətbuata açıqlamasında demokratik qüvvələri təmsil edən Milli Şuranın yaradılacağı məsələsini şərh edib. O bildirib ki, Milli Şura demokratik düşərgənin, xalqın səfərbər olunma, təşkilatlanma modeli kimi olarsa, İctimai Palatanın saxlanmasına ehtiyac qalmaz.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...