Modern.az

Bir ailənin 4 üzvünü qətlə yetirən şəxs HƏBS OLUNDU

Bir ailənin 4 üzvünü qətlə yetirən şəxs HƏBS OLUNDU

5 Dekabr 2022, 09:20

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar elan olunub.

 

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

 

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

 

İlkin məlumata görə, hadisəyə qonşular arasında torpaq mübahisəsi səbəb olub. 

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU