Modern.az

Zərdüşt Əlizadə və Arif Əliyev də İbrahimbəyova “yox” dedi

Zərdüşt Əlizadə və Arif Əliyev də İbrahimbəyova “yox” dedi

Təhsil

4 May 2013, 14:27

Son zamanlar ideya müəllifi Rüstəm İbrahimbəyov olan Milli Şura ilə bağlı mətbuatda geniş müzakirələrə yer verilir. Rüstəm İbrahimbəyov “mediaforum” saytına  verdiyi yeni müsahibəsində bir çox tanınmış şəxsləri, o cümlədən politoloq Zərdüşt Əlizadə və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevi Milli Şurada görmək istədiyini açıqlayıb. Modern.az Rüstəm İbrahimbəyovun təklifi ilə bağlı bu iki nəfərddən münasibət öyrənib.

Politoloq Zərdüşt Əlizadə Rüstəm İbrahimbəyovun müraciətinə belə cavab verib: “Mən Rüstəm müəllimin oxucusu və böyük pərəstişkarıyam. Həm onun ssenarisi olan filmləri, həm tamaşalarını, həm də yazılarının hamısını məmnuniyyətlə  oxuyuram. İstedadlı yazıçıdır və ona hörmətim var. Amma mən heç bir qurumda iştirak etmək istəmirəm. Çünki siyasətdən uzaqlaşmışam. Təhsillə və ədəbi fəaliyyətlə məşğulam”-deyə vurğulayıb.

Arif Əliyev isə Rüstəm İbrahimbəyovun Azərbaycanda seçki qabağı  ictimai fəallığın artırılmasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirdiyini dedi. Eyni zamanda Rüstəm İbrahimbəyovun vətəndaş mövqeyini də müsbət dəyərləndirdiyini bildirən Arif Əliyev sözünün davamı olaraq bunları əlavə etdi: “Mən siyasətçi deyiləm. Amma bir media mütəxəssisi kimi seçkiqabağı mühitin demokratikləşdirilməsi və yaxşılaşdırılmasında hər hansı kömək göstərməyə hazıram. Milli Şura ilə bağlı söhbətlər isə hələ reallaşmayıb. Bunun real konturları da bəlli deyil”-deyə qeyd edib.

Aqşin Kərimov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...