Modern.az

Astarada maşın dərəyə aşdı - Ata öldü, oğlu yaralandı

Astarada maşın dərəyə aşdı - Ata öldü, oğlu yaralandı

5 Dekabr 2022, 11:38

Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun dağlıq ərazisində yerləşən Motlayataq kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama