Modern.az

Mağazadan 2500 manat oğurlandı

Mağazadan 2500 manat oğurlandı

5 Dekabr 2022, 11:59

Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mağazaların birindən 2500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar Əsgərli müəyyən olunaraq saxlanılıb.

 

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama