Gələn il Türkiyədə “Şuşa İli” elan olunacaq - EKSKLÜZİV

Gələn il Türkiyədə “Şuşa İli” elan olunacaq - EKSKLÜZİV

5 Dekabr 2022, 14:24

Gələn il qardaş Türkiyədə “Şuşa İli”nin elan edilməsi planlaşdırılır.

 

Bu barədə Modern.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyədə “Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb.

 

“Bununla bağlı hələ bir neçə ay əvvəldən danışıqlar aparılırdı. Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə “Şuşa İli” olacağı gözlənilir”,- deyə AKP-li deputat vurğulayıb.

 

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq