Bu gün səhər saatlarından indiyədək paytaxtda müşahidə olunan dəhşətli tıxacın nəhəyət ki, qarşısı alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Bakıda "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsinin başa çatması ilə əlaqədar paytaxtda bağlanmış əsas küçə və prospektlərdə nəqliyyatın hərəkətinin bərpa edildiyini bildirib.
Beləki, Paytaxtın Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov, Səməd Vurğun, Füzuli küçələri, Bülbül prospekti, Zərifə Əliyeva, Puşkin küçələrində hərəkət bərpa edilib.
Modern.az