Modern.az

Braziliya darmadağınla 1/4 finalda - YENİLƏNİB

Braziliya darmadağınla 1/4 finalda - YENİLƏNİB

İdman

6 Dekabr 2022, 00:54

Futbol üzrə Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, Braziliya yığması 1/8 finalda Cənubi Koreya komandasına 4:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.

 

Braziliya - Cənubi Koreya - 4:1 

 

Qollar: Vinisius Junior, 7 (1:0), Neymar, 13-pen. (2:0), Rişarlison, 29 (3:0), Lukas Paketa, 36 (4:0), Seung-Ho Paik, 76 (4:1)

 

Baş hakim: Kleman Türpen (Fransa)

 

"974" stadionu

 

Beləliklə, Braziliya seçməsi 1/4 finalda Xorvatiya millisinə rəqib olub.

 

Qeyd edək ki, bundan əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

 

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 5-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, 75-ci dəqiqədə Asiya təmsilçisinin oyunçusu Senq Ho adını tabloya yazdırıb - 4:1.

 

***

 

Braziliya və Cənubi Koreya yığmalarının görüşündə 4-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Lukas Paketa 36-cı dəqiqədə rəqibi yenidən meydanın mərkəzinə dəvət edib.

 

***

Braziliya və Cənubi Koreya yığmaları arasında 1/8 final oyununda hesab dəyişib.

 

Modern.az-ın məlumatına görə, Cənubi Amerika millisi 3-cü qolu rəqibin qapısından keçirib. Bu dəfə 29-cu dəqiqəqədə Rişarlison fərqlənib. 

 

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, 13-cü dəqiqədə penaltidən fərqlənən Neymar Braziliyanı önə çıxarıb.

 

***

23:11

Dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda erkən qol vurulub.

 

Modern.az xəbər verir ki, 7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

 

***

23:01

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları arasında 1/8 final oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

22:00

Dünyaya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənub Koreya yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

 

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

 

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan

 

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı