Modern.az

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

6 Dekabr 2022, 09:16

Dekabrın 4-də Bərdə rayonunda bir ailənin 4 üzvü qazdan zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Səttarxan küçəsində yerləşən evlərin birində qeydə alınlıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Qədirova Günel Habil qızı, onun övladı, 2005-ci il təvəllüdlü Zeynalova Güllü Rac qızı, gəlinləri - 1991-ci il təvəllüdlü Qədirova Sevinc Nurəddin qızı və onun övladı, 2011-ci il təvəllüdlü Qədirli Leyla Ayaz qızı yaşadıqları evdə yanan qaz sobasının tüstüsündən zəhərləndikləri üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

 

Hazırda onların səhhətləri normaldır. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir