Modern.az

Prezident ATƏT rəsmilərini qəbul edib

Prezident ATƏT rəsmilərini qəbul edib

Təhsil

5 May 2013, 22:26

Prezident İlham Əliyev mayın 5-də ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında əlaqələrin uğurla inkişafından məmnunluq ifadə olunub.

Əməkdaşlığımızın perspektivlərinin müzakirə olunduğu görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...