Modern.az

Türkiyədə əməliyyat – 400 nəfər SAXLANILDI

Türkiyədə əməliyyat – 400 nəfər SAXLANILDI

6 Dekabr 2022, 10:20

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində 400 nəfər saxlanılıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

Bildirilib ki, “Silindr əməliyyatı” adlanan əməliyyat mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində keçirilib.

 

Eyni zamanda müxtəlif ünvanlarda gerçəkləşdirilən əməliyyatla axtarışda olan 502 şəxsdən 400 nəfərinin saxlanıldığı qeyd edilib.

 

“Cinayətkarlılqla mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”, - deyə nazir söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi