Modern.az

DİN Astaradakı qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN Astaradakı qəza ilə bağlı MƏLUMAT YAYDI

6 Dekabr 2022, 10:29

Astarada maşın dərəyə aşıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisə dekabrın 5-də saat 9 radələrində Astara rayonunun Asxanakəran kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini Z.Lələyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu R.Lələyev xəstəxanaya yerləşdirilib.

 

Hazırda fakla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir