Modern.az

Rusiyadan Suriya və Türkiyəyə vasitəçilik TƏKLİFİ

Rusiyadan Suriya və Türkiyəyə vasitəçilik TƏKLİFİ

6 Dekabr 2022, 11:04

Rusiya Suriya ilə Türkiyə arasında vasitəçi kimi çıxış etməyə və danışıqları keçirməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov “RT Arabic” kanalına müsahibəsində deyib.

 

XİN rəsmisi bildirib ki, belə danışıqlara ciddi yanaşmaq lazımdır və onların uğurla nəticələnməsi həm region, həm də Suriya və Türkiyə üçün əhəmiyyətlidir.

 

Boqdanovun sözlərinə görə, Rusiya isə “suriyalı dostlarına və türkiyəli tərəfdaşlarına” danışıqlar üçün şərait yaratmağa hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?