Modern.az

Çin Pentaqonun hesabatını qınadı – “Köhnə fənddir”

Çin Pentaqonun hesabatını qınadı – “Köhnə fənddir”

6 Dekabr 2022, 11:15

“Pentaqonun Çinin nüvə başlıqlarını artıracağı barədə hesabatı onların köhnə fəndlərindəndir”.

 

Modern.az xəbər verir ki, bu, Çin Müdafiə Nazirliyinin Pentaqonun hesabatına münasibət bildirdiyi açıqlamasında qeyd olunub.

 

Belə ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hesabatında Çinin 2035-ci ilə qədər nüvə başlıqlarını artıracağı, nüvə döyüş başlıqlarının sayının 1500-ə çatdırılacağı bildirilib.

 

Çin Müdafiə Nazirliyi Pentaqonun hesabatını sərt şəkildə tənqid edib: “Bu, Çinin nüvə təhdidi yaratması görüntüsü formalaşdırmaq üçün olan ABŞ-ın köhnə fəndlərindəndir. ABŞ özü dünyada ən böyük nüvə arsenalına sahib olan ölkələrdəndir. Bu istiqamətdə modernizasiya tədbirlərini davam etdirir. Həmçinin taktiki nüvə silahını da inkişaf etdirir”.

 

Rəsmi açıqlamada Çinin minimal səviyyədə nüvə silahına tərəfdar olduğu bəyan edilib: “Bu, milli təhlükəsizlik üçün lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı