Modern.az

Diplomatik nümayəndəliyə nə ehtiyac var? – Deputatdan tənqid

Diplomatik nümayəndəliyə nə ehtiyac var? – Deputatdan tənqid

6 Dekabr 2022, 11:19

Fransa Milli Assambleyasının qətnaməsinə keçən dəfə sərt reaksiyamızı verdik, amma bir şeyi unutduq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

 

“Biz heç öz yarıtmazlığımız haqqında danışmadıq. Necə oldu ki, 256 deputat Azərbaycanın əleyhinə səs verdi. 30 ildir Fransada diplomatik nümayəndəliyimiz fəaliyyət göstərir. Necə olur ki, səfirin Fransada bir deputat dostu olmadı? Diplomatik nümayəndələr 5 il vaxtını öldürür, sonradan qayıdıb gəliblər. Onlardan soruşmaq lazımdır ki, nə işlə məşğul olurlar. Büdcədən pul ayrılır ki, Azərbaycanı tanıdasan, belə tanıdırlar? Elə Azərbaycanı Prezident öz çıxışları ilə tanıdır, o zaman diplomatik nümayəndəliyə nə ehtiyac var?”, - deyə deputat tənqidi fikirlər səsləndirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi