Modern.az

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

Aktual

6 Dekabr 2022, 11:34

Son günlər ərzində İran mediasında Azərbaycana qarşı təxribatlar artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov məsələ qaldırıb.

 

“Xüsusilə qeyd edək ki, “Səhər” kanalı və digər radio qurumları Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verir. Hətta son vaxtlar İran sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif millətlərin adından istifadə edərək gərginlik yaratmaq istəyir. Həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir”,- deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir