Modern.az

Terrorçuluğa qarşı Koordinasiya Şurası yaradılır

Terrorçuluğa qarşı Koordinasiya Şurası yaradılır

Aktual

7 Dekabr 2022, 11:42

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində ölkədaxili əməkdaşlıq proseduru müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində qeyd olunub. 

 

Layihəyə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əlaqələndirmənin təmin edilməsi, bu sahələrdə ölkə səviyyəsində risk qiymətləndirilməsinin (ölkə risk qiymətləndirilməsi) həyata keçirilməsi, fəaliyyət planlarının və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin artırılması, mərkəzi icra hakimiyyəti və cinayət təqibi orqanları, məhkəmələr və digər qurumlar arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, cinayət təqibi orqanlarının, nəzarət orqanlarının, məhkəmələrin, digər dövlət orqanlarının (qurumların) və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə koordinasiya şurası (Koordinasiya Şurası) yaradılır.

 

Koordinasiya Şurasının iş qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Koordinasiya Şurası müvafiq sahələr üzrə işçi qruplar yaradır və onların fəaliyyətinə nəzarət edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub