Modern.az

İsa Məlikov “Avroviziya”dakı işindən ayrıldı

İsa Məlikov “Avroviziya”dakı işindən ayrıldı

Aktual

7 Dekabr 2022, 13:24

“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov vəzifədən getdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub