Modern.az

Azərbaycanla yanaşı, qazax və türkmən qazı da Avropaya daşınacaq

Azərbaycanla yanaşı, qazax və türkmən qazı da Avropaya daşınacaq

7 Dekabr 2022, 15:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın TANAP layihəsinin önəmini yüksək qiymətləndirib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kalın bu barədə Türkiyə-Qazaxıstan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb.

 

“TANAP vasitəsilə bizim inşa etdiyimiz enerji koridoru bu gün sadəcə Azərbaycan qazının Avropaya daşınmasında yox, eləcə də Türkmənistan və bəlkə gələcəkdə Qazaxıstan qazının da Avropaya nəql edilməsində mühüm rol oynayacaq”, - Kalın bildirib.

 

Ərdoğanın sözçüsü Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə toplantısının dekabrın ortalarında keçiriləcəyini vurğulayıb. Kalın bu toplantının Türk dünyasında əlaqələrin inkişafı üçün kritik mərhələlərdən biri olduğunu diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi