Modern.az

Uşağa spirtli içki verib videoya çəkən şəxs CƏZALANDIRILDI

Uşağa spirtli içki verib videoya çəkən şəxs CƏZALANDIRILDI

7 Dekabr 2022, 15:24

Azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Rəsmi məlumata görə, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU