Qətərdə dünya çempionatının oyunları keçirilən stadionlardan birinin sökülməsinə başlanılıb.
Modern.az-ın məlumatına görə, mundialın 7 matçının təşkil olunduğu “Stadion 974” stadionu öz funksiyasını başa vurub.
Xüsusi olaraq DÇ-2022 üçün qurulan konstruksiyaların sökülməsi üçün bütün texnikalar arenanın önünə gətirilib. Artıq arenanın üzərindəki loqolar da sökülüb. Qətərin qonağı olan azarkeşlər stadionla son şəkillərini çəkdirməyə çalışır.
Konstruksiyalara daxil olan 974 konteyner və tribunalardakı oturacaqların inkişaf etməkdə olan ölkələrə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu arenanın açılışı 2021-ci il noyabrın 30-da baş tutmuşdu.