Modern.az

Biləsuvar sakini həmkəndlisini GÜLLƏLƏDİ

Biləsuvar sakini həmkəndlisini GÜLLƏLƏDİ

8 Dekabr 2022, 08:21

Dekabrın 8-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU