Modern.az

Dünya çempionatının favoriti bu ölkədir

Dünya çempionatının favoriti bu ölkədir

İdman

8 Dekabr 2022, 08:53

Braziliya milli komandası “The Guardian” tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoriti seçilib.

 

Modern.az xəbər verir ki, nəşr bütün 1/4 finalçılar arasında Titenin komandasının çempionluq şansını ən yüksək qiymətləndirib.

 

İkinci yerdə Fransa, üçüncü yerdə Portuqaliya qərarlaşıb.

 

Reytinq siyahısında sonrakı yerlərdə ardıcıllıqla İngiltərə, Argentina, Niderland, Mərakeş, Xorvatiya gəlir.

 

Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.

 

Bu günədək mundialda 56 oyun keçirilib. Dekabrın 9-da turnirin ilk 1/4 final görüşləri baş tutacaq - hollandlar argentinalılara, xorvatlar isə braziliyalılara qarşı oynayacaq. Dekabrın 10-da İngiltərə - Fransa və Mərakeş- Portuqaliya komandalarının 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı