Modern.az

Vurulan piyada qəfildən qatar yoluna çıxıb - RƏSMİ

Vurulan piyada qəfildən qatar yoluna çıxıb - RƏSMİ

8 Dekabr 2022, 09:20

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

 

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) Modern.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

 

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU