Modern.az

İtkin düşən 2 məktəbli TAPILDI

İtkin düşən 2 məktəbli TAPILDI

8 Dekabr 2022, 10:10

Yasamal rayonunda bir gündə iki məktəblinin itkin düşməsi ilə bağlı xəbər yayılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, polis əməkdşları tərəfindən hər iki məktəblinin ailə üzvlərinə demədən getdiyi digər ünvanlarda olması müəyyən edilib.

 

DİN rəsmisinin sözlərinə görə, kriminal hal yoxdur.

 

 

Xatırladaq ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb.

 

Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU